Bank Of Baku

Gürcüstanda inşa olunmuş yeni dəmiryolu stansiyası Azərbaycandan göndərilmiş ilk yükü qəbul edib

Gürcüstanda inşa olunmuş yeni dəmiryolu stansiyası Azərbaycandan göndərilmiş ilk yükü qəbul edib
# 07 may 2012 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Gürcüstanda yeni inşa olunmuş «Parto Tskali» dəmiryolu stansiyasına Azərbaycandan göndərilmiş neft məhsullarından ibarət ilk yük - 30 vaqon dizel yanacağı qəbul edilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bütün müasir tələblərə cavab verən «Parto Tskali» stansiyası ümumi dəmiryol sisteminə dörd xətlə qoşulub. Bu xətlər Kulevi Neft Terminalı və «Gürcüstan Dəmir Yolları» MMC tərəfindən imzalanmış müqaviləyə əsasən mövcud beynəlxalq standartlar səviyyəsində inşa edilib. Yeni stansiyanın tikilməsi Kulevi terminalına daha yaxın məsafədən - 2 km aralı yerləşən stansiyadan neft məhsulları qəbul etmək imkanı verəcək. Bu isə gecikmələri aradan qaldıracaq və terminala neft məhsullarının boşaldılması üçün əlavə 4 saat vaxt qazandıracaq.

Bununla yanaşı terminalın ötürücülük gücü 30% artacaq. Yeni dəmiryolu stansiyasının fəaliyyətə başlaması terminala ildə 50 min ABŞ dollarına qənaət etmək imkanı verəcək. Bu vaxta qədər həmin vəsait 20 km aralıda yerləşən Çaladidi stansiyasından terminala yüklərin daşınması üçün dizel yanacağı və başqa lokomotiv xərclərinə sərf edilirdi.

Eyni zamanda yüklər «Parto Tskali» stansiyasına dizellə işləyən lokomotivlər vasitəsilə deyil, elektrik lokomotivləri vasitəsilə çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR