Bank Of Baku

Azərbaycanda daha 4 rayonun 6 kəndi qazlaşdırılıb

Azərbaycanda daha 4 rayonun 6 kəndi qazlaşdırılıb
# 07 may 2012 15:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi ölkə ərazisində qaz təchizatının yaxşılaşdırılması, əhalinin «mavi yanacaq»la itkisiz və keyfiyyətli təminatı məqsədi ilə aparılan işləri davam etdirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu gün Sabirabad, Yardımlı, Goranboy və Şamaxı rayonlarının bir neçə kəndinə təbii qaz verilib.

Sabirabad rayonunun Nərimanabad kəndinə ilk dəfə olaraq təbii qaz verilməsi ilə əlaqədar təşkil olunmuş tədbirdə bildirilib ki, 520 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 86 614 metr olan müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 520 ədəd smart-kart tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bununla yanaşı, 42 abonenti olan Yardımlı rayonunun Əngövül kəndinin qazlaşdırılması məqsədilə ikipilləli sistem əsasında ümumi uzunluğu 5 195 metr olan müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 1 ədəd Qaztənzimləyici Şkaf, 2 ədəd siyirtmə, 42 ədəd sayğac quraşdırılıb.

Goranboy rayonunun Hacallı, Qarqucaq və Şəfibəyli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirdə isə qeyd olunub ki, ötən müddət ərzində 94 abonenti olan Hacallı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11 774 metr olan müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, 94 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Eyni zamanda, 176 abonenti olan Qarqucaq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 797 metr müxtəlif diametrli polietilen və metal borularla qaz xətti çəkilib, 176 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 111 abonenti olan Şəfibəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem arasında ümumi uzunluğu 12 129 metr müxtəlif diametrli polietilen və metal borularla qaz xətti çəkilib, 111 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mayın 7-də Şamaxı rayonunun Kələxana kəndinə də təbii qaz verilib. Belə ki, 65 abonenti olan Kələxana kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 3 min metr uzunluğunda polietilen boru ilə daşıyıcı və küçə xətləri inşa edilib, 65 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR