Bank Of Baku

Masallının daha bir yaşayış məntəqəsi təbii qazla təmin edilib - FOTO

Masallının daha bir yaşayış məntəqəsi təbii qazla təmin edilib - <font color=red>FOTO</font>
# 10 may 2012 07:22 (UTC +04:00)
Masallı. Ağəddin Babayev APA. Masallı rayonunun Gəyəçöl kəndinə 20 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sakinləri kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə təbrik edərək, ölkə əhalisinin təbii qaz ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Kənd ərazi nümayəndəsi Elman Rəhimov, veteran müəllim Vaqif Şükürov, kənd orta məktəbinin direktoru Nizami Həsənov və digərləri alman faşizmi üzərində tarixi qələbənin ildönümü və ümummilli lider Heydər Əliyevin doğum gününün qeyd olunduğu bir vaxtda onların evlərində mavi alovun şölələnməsini əsl bayram töhfəsi kimi dəyərləndiriblər. Tədbirdə bildirilib ki, kəndə uzanan 40 km-lik qaz xətti yenilənib, 788 yaşayış evində isə sayğac quraşdırılıb.

Qeyd edək ki, hazırda Masallı rayonunun 70%-nə mavi yanacağın verilişi təmin olunub. Rayonun tamamilə qazlaşdırılması isə “2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həllini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR