Bank Of Baku

İranın neft naziri: «İrana qarşı sanksiyalar ləğv olunmasa, bütün Avropaya neft ixracını dayandıracağıq»

İranın neft naziri: «İrana qarşı sanksiyalar ləğv olunmasa, bütün Avropaya neft ixracını dayandıracağıq»
# 12 may 2012 11:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. «Mayın 23-də Bağdadda İranla «altılıq» ölkələri arasında keçiriləcək növbəti müzakirələrdə Tehrana qarşı sanksiyalar ləğv olunmayacağı təqdirdə bütün Avropaya neft ixracını dayandıracağıq». APA-nın «Mehr» xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın neft naziri Rüstəm Qasımi bildirib.

Onun sözlərinə görə, İranın neft satışında və onun pulunu almaqda heç bir çətinliyi yoxdur. R.Qasımi İran neftini almaq üçün bir çox müştərinin növbə gözlədiyini və Avropaya neft ixracının dayandırılacağı təqdirdə heç bir problemlə üzləşməyəcəklərini deyib. O əlavə edib ki, İranın bu addımı dünya bazarlarında neftin qiymətini artıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR