Bank Of Baku

ARDNŞ Liviyada neftayırma zavodu tikmək istəyir - FOTO

ARDNŞ Liviyada neftayırma zavodu tikmək istəyir - <font color=red>FOTO</font>
# 14 may 2012 10:14 (UTC +04:00)
Azərbaycanın Liviyadakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov Liviyanın neft və qaz naziri Əbdürrəhman bin Yəzzə ilə görüşündə bildirib.

Ə.bin Yəzzəyə Azərbaycanın tarixi haqqında qısa məlumat verən səfir Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi həyata keçirilən nəhəng layihələrin ölkəmizin təbii ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynadığını və hazırda bir çox Avropa ölkələrində “SOCAR” brendi altında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərdiyini liviyalı nazirin nəzərinə çatdırıb.

A.Şükürov Azərbaycan ilə Liviya arasında neft-qaz sahəsində əməkdaşlığın qurulmasının vacibliyini vurğulayaraq, bunun ölkələrimiz arasında daha sıx əlaqələrin yaranmasına şərait yaradacağından əminliyini ifadə edib, həmçinin Azərbaycan rəhbərliyinin apardığı uğurlu iqtisadi siyasət nəticəsində hal-hazırda Azərbaycanın investisiya qoyan ölkəyə çevrildiyini bildirib.

Diplomat 5-8 iyun 2012-ci ildə Bakıda keçiriləcək XIX Beynəlxalq Neft-Qaz Sərgi və Konfransında iştirakla bağlı Liviyanın neft və qaz nazirinə ünvanlanmış dəvət məktubunun yaxın bir vaxtda səfirlik tərəfindən çatdırılacağını bildirib.

Nazir dəvətə görə öz təşəkkürünü bildirib və sözügedən tədbirdə iştirak edəcəyini qeyd edib. Ə.bin Yəzzə öz növbəsində Liviya ilə Azərbaycan arasında neft-qaz sahəsində əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çəkərək, ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşün sonunda səmimi qəbula görə Nazir Ə.bin Yəzzəyə təşəkkürünü bildirən səfir Azərbaycanın neft-qaz sənayesi haqqında jurnalları, Ermənistan-Azərbaycan münaqişəsi, turizm haqqında kitabları və diski liviyalı nazirə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR