Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti apreldə qazma işini artırıb

Azərbaycan Dövlət Neft Şirkəti apreldə qazma işini artırıb
# 14 may 2012 13:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 14 220 metr qazma işi həyata keçirilib ki, bu da ötən ilin analoji ayına nisbətən 2,6% çoxdur.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 13 647 metri istismara, 573 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 356 metri struktur axtarış qazmasına aid olub.
Ümumiyyətlə, 2012-ci ilin yanvar-aprel aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 51 506 metr qazma işi görülüb ki, bunun da 49 428 metri istismara, 2 078 metri kəşfiyyata (o cümlədən, 1 166 metr struktur axtarış qazması) aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR