Bank Of Baku

Bu il Azərbaycanda bioqaz kompleksinin təməli qoyulacaq

Bu il Azərbaycanda bioqaz kompleksinin təməli qoyulacaq
# 15 may 2012 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın Samux rayonunda bioqaz kompleksinin təməlqoyma mərasimi keçiriləcək, bundan iki il sonra isə bu kompleks istifadəyə veriləcək.

Bu barədə “APA-Economics”ə Sənaye və Energetika Nazirliyinin şöbə müdiri Rasim Məmmədov bildirib.

Onun sözlərinə görə, kompleksin nəzdində heyvandarlıq təsərrüfatı yaradılacaq və alternativ enerji vasitəsilə istehsal olunan məhsul orada istifadə olunacaq.

R.Məmmədov deyib ki, Azərbaycanın sənaye potensialı, o cümlədən alternativ enerji istehsalı potensialı yüksəkdir: “Artıq ölkədə günəş panelləri, LED lampaları istehsalı müəssisələri istifadəyə verilib. Təkcə onu deyə bilərəm ki, Azərbaycanda plastik kütlə istehsal edən müəssisələrin sayı 1995-ci ildə 9 idisə, hazırda 90-dır. Əgər 1996-cı ildə 9 mln. manatlıq məhsul istehsal olunmuşdusa, hazırda bu göstərici 70 mln. manata çatıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR