Bank Of Baku

Macarıstanın MOL şirkəti “Nabucco” layihəsini BP-nin SEEP layihəsinə dəyişə bilər

Macarıstanın MOL şirkəti “Nabucco” layihəsini BP-nin SEEP layihəsinə dəyişə bilər
# 15 may 2012 08:34 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu əməkdaşlıq baş tutarsa, MOL şirkətinin “Nabucco” layihəsində iştirakına son qoyulacaq.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli ilə bağlı üç potensial nəqletmə marşrutu nəzərdən keçirilir. Bunlardan biri TAP (Trans-Adriatik boru kəməri) layihəsi qazın Cənubi Avropaya - İtaliya istiqamətində, digər iki marşrut - “Nabucco” və BP şirkəti tərəfindən təklif olunan SEEP layihələri isə qazın Mərkəzi Avropaya nəqlini nəzərdə tutur.

Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan “Nabucco” qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.

Artıq Macarıstanın MOL şirkəti və Almaniyanın “RWE AG” şirkəti “Nabucco” konsorsiumunda iştirakının məqsədəuyğunluğunu yenidən nəzərdən keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR