Bank Of Baku

Azərbaycanda sənaye istehsalı 2,6% azalıb

Azərbaycanda sənaye istehsalı 2,6% azalıb
# 15 may 2012 11:58 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11,2% artaraq sənaye məhsulunun 17,1%-ni təşkil edib, neft sektorunda isə məhsul istehsalı 5,2% azalıb.

Sənaye məhsulunun 78,2%-i mədənçıxarma bölməsində, 16,2%-i emal bölməsində, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Statistik hesabata əsasən, emal bölməsində məhsul istehsalı 15,5% artıb, bölmənin məhsullarından qida məhsulları istehsalı 2,1%, içki istehsalı 14,4%, toxuculuq sənayesi məhsulları istehsalı 94,5%, geyim istehsalı 40,8%, poliqrafiya fəaliyyəti 3,8%, rezin və plastmas məmulatları istehsalı 3,1 dəfə, tikinti materialları istehsalı 14,9%, metallurgiya sənayesi məhsulları istehsalı 1%, hazır metal məmulatları istehsalı 87,4%, kompüterlər və digər elektron avadanlıqları istehsalı 24,3 dəfə, elektrik avadanlıqları istehsalı 3,9 dəfə, maşın və avadanlıqlar istehsalı 57,9%, sair nəqliyyat vasitələri istehsalı 16,2%, mebel istehsalı 3,8 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 74,5% artıb.

Hesabat dövründə həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 5,6% artıb, 7,7 mlrd. kVt/saat, yaxud 9,5% çox elektrik enerjisi istehsal edilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR