Bank Of Baku

Hindistan ABŞ-ın təzyiqi ilə İrandan neft alışını azaltmağa razılaşıb

Hindistan ABŞ-ın təzyiqi ilə İrandan neft alışını azaltmağa razılaşıb
# 15 may 2012 12:34 (UTC +04:00)
Bakı - APA-Economics. Hindistan aprelin 1-də başlayan 2012-2013-cü maliyyə ilində İrandan neft alışını 11% azaldaraq 15,5 mln. tona qədər azaldacaq ki, bu da gündəlik 310 min barelə bərabərdir.

APA-Economics”in xəbərinə görə, bunu Hindistanın neft naziri Dharmendra Pradhan bildirib.

Hindistanın İrandan neft alışını azaltması ABŞ-ın təzyiqi ilə baş verib. Ötən həftə Nyu Dehliyə səfər edən ABŞ-ın dövlət katibi Hillari Klinton İrandan neft idxalını azaltmayacağı təqdirdə, Hindistana qarşı sanksiyalar tətbiq edəcəklərini bildirib. Hindistan banklarını ABŞ-ın dollar sanksiyasından qorumaq üçün Tehran Nyu Dehliyə ödənişin 45%-ni rupi ilə aparmaq icazəsi verib.

Qeyd edək ki, Hindistan 2011-2012-ci maliyyə ilində İrandan 10,9 mlrd. dollar dəyərində 17,44 mln. ton neft alıb. Bu isə illik müqayisədə 5,7% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR