Bank Of Baku

Xətai və Suraxanı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Xətai və Suraxanı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 16 may 2012 07:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün tikinti işləri ilə əlaqədar olaraq saat 11:00-dan etibarən «Ağ şəhər» magistral qaz kəməri, «Zığ» və «Əhmədli» Qazpaylayıcı stansiyaları, eləcə də «Alko» və «SOS uşaq evi» qaz ölçü qovşaqlarının təbii qaz təchizatı dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Əhmədli yaşayış massivinə, «Pivə zavodu», «Zeytunluq» adlanan yaşayış sahələrinə, «Oksigen», İ.İsmayılov, «Dəniz», M.Rüstəmov, M.Hadi, Sarayev, «Neapol», S.Mehmandarov, Q.Məmmədov küçələrinə, eyni zamanda Suraxanı rayonunun Zığ qəsəbəsi və Yeni Günəşli yaşayış massivinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR