Bank Of Baku

İspaniya şirkəti Argentina hökumətini məhkəməyə verib

İspaniya şirkəti Argentina hökumətini məhkəməyə verib
# 16 may 2012 12:01 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın “Repsol” şirkəti Argentina hökumətini “Yacimientos Petroliferos Fiscales” (YPF) şirkətini milliləşdirdiyi üçün məhkəməyə verib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, “Repsol” dəymiş zərərə görə Argentina hökumətindən 10 mlrd. dollar təzminat tələb edir.

Qeyd edək ki, 1922-ci ildə yaradılan YPF uzun illər dövlət şirkəti olub, 1990-cı illərin əvvəlində isə şirkətin özəlləşdirilməsinə başlanıb. 1999-cu ildə YPF tamamilə “Repsol” şirkətinin nəzarətinə keçib. Hazırda İspaniya şirkəti YPF-nin səhmlərinin 57%-nə sahibdir. Aprelin ortalarında Argentina prezidenti Kristina Fernandes de Kirşner şirkətin milliləşdirilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Buna cavab olaraq İspaniya Argentinadan biodizel idxalını dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR