Bank Of Baku

AÇG və "Şahdəniz"dən indiyədək 660 mln. tondan artıq neft hasil edilib

AÇG və "Şahdəniz"dən indiyədək 660 mln. tondan artıq neft hasil edilib
# 14 iyul 2025 11:36 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək burada 660,1 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə AÇG və "Şahdəniz"dən 487,1 milyard kubmetr qaz hasil edilib.

Məlumata görə, indiyədək “Azəri-Çıraq-Günəşli”dən 609,5 milyon ton neft, 236,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 50,6 milyon tona yaxın kondensat, 250,6 milyard kubmetr qaz çıxarılıb.

"Bundan 1 iyun 2025-ci il tarixinədək 658,1 milyon ton neft, 180,2 milyard kubmetr qaz ixraca nəql edilib", - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR