“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək 679,8 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə yataqlardan 529,6 milyard kubmetr qaz hasil edilib.
Məlumata görə, indiyədək “Azəri-Çıraq-Günəşli”dən 625,6 milyon ton neft, 251,1 milyard kubmetr qaz hasil olunub.
Bildirilir ki, hesabat dövründə “Şahdəniz”dən 54,2 milyon tona yaxın kondensat, 278,5 milyard kubmetr qaz hasil edilib.