Bank Of Baku

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində İşçi qruplarının iclası keçirilib

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində İşçi qruplarının iclası keçirilib
# 11 sentyabr 2026 12:49 (UTC +04:00)

Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə 6 İşçi Qrupunun iclası keçirilib.

APA xəbər verir ki, karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə İşçi qruplarının rəhbərlərinin məruzələri dinlənilib.

Karbohidrogenlər sahəsində mövcud və perspektiv layihələr, təbii qaz tədarükü, qaz infrastrukturu və rəqəmsallaşma üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Elektrik enerjisi bazarının tənzimlənməsi, interkonnektor bağlantıları, bərpa olunan enerjinin dəstəklənməsi, enerji saxlancı, ağıllı sayğaclar və “Sərhəddə Karbon Tənzimləmə Mexanizmi” üzrə əməkdaşlığın və təcrübə mübadiləsinin davam etdirilməsi razılaşdırılıb. Həmçinin yaşıl enerji ixracı və qaz sektorunda islahatlar üzrə tənzimləyici mexanizmlərinin inkişaf etdirilməsi kimi əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Dənizdə külək enerjisi, bərpa olunan enerji layihələri üzrə investisiya və icazə prosedurları, aktiv istehlakçı modeli, günəş və külək layihələri, kadr potensialının gücləndirilməsi, eləcə də bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası ilə bağlı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi qərara alınıb.

Enerji səmərəliliyi sahəsində əməkdaşlıq çərçivəsində məcburi enerji auditi subyektlərində enerji istehlakının monitorinqi, ESCO bazarının inkişafı, enerji menecerləri və layihə ekspertlərinin hazırlanması, binaların enerji pasportlaşdırılması təcrübəsinin tətbiqi, enerji səmərəliliyinin maliyyələşdirilməsi və dəstək mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin emissiyaların hesablanması və proseslərin rəqəmsallaşdırılması ilə əlaqədar fəaliyyətlərin həyata keçirilməsi barədə razılıq əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR