Bank Of Baku

Azərbaycanda əmtəəlik səmt qazının hasilatı 8%-ə yaxın artıb

Azərbaycanda əmtəəlik səmt qazının hasilatı 8%-ə yaxın artıb
# 07 noyabr 2026 11:29 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft yataqlarından 11 675,95 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 4,1% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 3 183,12 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 7,8% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanın neft yataqlarından 15 416,22 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,1% çoxdur.

2025-ci ildə Azərbaycanda istehsal edilən səmt qazının 4 022,57 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,33% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR