Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 5%-dən çox artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 5%-dən çox artıb
# 15 aprel 2026 10:06 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycandan hava nəqliyyatı ilə 912,6 min və ya əvvəlki ilə nisbətən 5,5% çox sərnişin daşınıb.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 11,4% azalaraq 82 min ton olub.

Xatırladaq ki, ötən il Azərbaycandan hava nəqliyyatı ilə 4162,1 min və ya əvvəlki ilə nisbətən 2,9% çox sərnişin daşınıb. Hesabat dövründə yükdaşıma 6,6% azalaraq 391,2 min ton olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR