"10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması ilə “AzerGold” QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib".
"APA-Economics" xəbər verir ki, bunu "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat brifinqi zamanı bildirib.
Onun sözlərinə görə, şirkətin bu dövr ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində cari ilin avqust ayınadək ölkə iqtisadiyyatına 2,3 milyard manat gəlir, dövlət büdcəsinə isə 267,2 milyon manat vergi ödənişi təmin edilib:
"Bu dövr ərzində şirkət ümumilikdə 618 milyon manat mənfəət əldə edib. 2025-ci ilin maliyyə nəticələrinə əsasən, əldə olunmuş mənfəətin təxminən 42 milyon manatının dividend şəklində dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulur.
Bu nəticələr “AzerGold” QSC-nin ölkənin qeyri-neft sənayesinin inkişafına, ixrac potensialının artırılmasına, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına və bütövlükdə iqtisadi dəyərin yaradılmasına verdiyi töhfəni nümayiş etdirir.
Bu illər ərzində əldə etdiyimiz nəticələr əsasında deyə bilirik ki, dövlətin bu sahəyə diqqəti və xüsusi qayğısı nəticəsində Dövlət Proqramının icrası və Azərbaycanda müasir dağ-mədən sənayesinin genişləndirilməsi üçün artıq müəyyən edilmiş baza və institusional təcrübə mövcuddur. 10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması ilə “AzerGold” QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Şirkətin bu dövr ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində cari ilin avqust ayınadək ölkə iqtisadiyyatına 2,3 milyard manat gəlir, dövlət büdcəsinə isə 267,2 milyon manat vergi ödənişi təmin edilib. Bu dövr ərzində şirkət ümumilikdə 618 milyon manat mənfəət əldə edib. 2025-ci ilin maliyyə nəticələrinə əsasən, əldə olunmuş mənfəətin təxminən 42 milyon manatının dividend şəklində dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulur".