Bank Of Baku

Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub

Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub
# 23 iyul 2026 14:04 (UTC +04:00)

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın "Anglo Asian Mining" dağ-mədən şirkətinin Direktorlar Şurasına yeni üzv təyin edilib.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib. Məlumata görə, Kameron Pforr (Cameron Pforr) dərhal qüvvəyə minmək şərtilə müstəqil direktor vəzifəsinə təyin olunub.

Bildirilib ki, K.Pforr informasiya təhlükəsizliyi, texnologiyalar və korporativ maliyyə sahələrində uzun illərin təcrübəsinə malikdir. Hazırda o, ABŞ-ın Nyu-York Fond Birjasında (NYSE) listinqdə olan Mtron Industries şirkətinin baş icraçı direktoru və maliyyə direktorudur.

Bundan əvvəl isə o, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən IronNet və Fidelis Cybersecurity şirkətlərində prezident və maliyyə direktoru vəzifələrində çalışıb. Həmçinin Bain & Company, Mustang Capital Partners və Deutsche Bank Alex Brown-da korporativ maliyyə və investisiya sahəsində fəaliyyət göstərib.

Şirkətin Direktorlar Şurasının sədri Xosrov Zəmani (Khosrow Zamani) bildirib ki, Kameron Pforrun beynəlxalq korporativ maliyyə bazarlarında qazandığı təcrübə şirkətin inkişaf strategiyasının həyata keçirilməsinə və idarəetmə heyətinin gücləndirilməsinə töhfə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR