Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi mənfidir

Azərbaycanda sənaye mal ehtiyatları indeksi mənfidir
# 30 avqust 2013 13:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2013-cü il avqust ayının 1-nə mənfi 7,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks iyulun əvvəlində müsbət 18,7%-ə bərabər olub.

 

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, indeks mənfidir, bu da anbarlarda mal ehtiyatlarının azaldığını göstərir. Belə ki, 2013-cü il avqustun 1-nə sənaye müəssisələrinin anbarlarında 311,8 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da iyulun 1-nə nisbətən 26,0 mln. manat azdır.

 

Qeyd edək ki, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatlarının azalması makroiqtisadi baxımdan müsbət göstəricidir, çünki ilk növbədə istehlakın artmasından xəbər verir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR