Bu gün ali təhsil müəssisələrinin magistraturasına sənəd qəbulu başa çatır

Bu gün ali təhsil müəssisələrinin magistraturasına sənəd qəbulu başa çatır
# 19 aprel 2010 07:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün saat 17.00-da ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 09.30-dək 12794 bakalavr elektron ərizəsini təsdiq etdirib. Bakalavrlar şəxsiyyət vəsiqəsindən və "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə Komissiyasının müvafiq internet səhifəsində "Bakalavrın elektron ərizəsi" formasını doldurur, daha sonra Sənəd Qəbulu Komissiyasına müraciət etməklə həmin ərizəsini təsdiq etdirirlər.

Qeyd edək ki, magistraturaya birinci mərhələnin imtahanı mayın 2-də keçiriləcək. Sənəd vermiş bakalvrlar aprelin 29-dan mayın 1-dək özlərinə məxsus “ödəmə kartı”nın iş nömrəsi və şifrindən istifadə etməklə elektron ərizələrinə daxil olub imtahana buraxılış vərəqəsinin çap edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR