İsrail parlamenti uydurma mövzunu dekabrın ortalarında müzakirə edəcək

İsrail parlamenti uydurma mövzunu dekabrın ortalarında müzakirə edəcək
# 02 dekabr 2011 12:25 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Dekabrın ortalarında İsrail parlamentinin (Knesset) Təhsil, mədəniyyət və idman komissiyasının uydurma “erməni soyqırımı”nın müzakirəsinə həsr olunan iclası keçiriləcək. APA-nın “İzRus” xəbər portalına istinadən verdiyi məlumata görə, məsələnin müzakirəsinin bu komissiyaya həvalə edilməsi haqda qərar Knessetin bu ilin mayında keçirilən plenar iclasında qəbul olunub. Əvvəlcə müzakirə dekabrın 5-nə planlaşdırılırdı, lakin sonrada təxirə salınıb.

Xatırladaq ki, İsrail xarici işlər nazirinin müavini Danni Ayalon “erməni soyqırımı”nın tanınmasına qarşı olduqlarını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR