Növbəti uğursuz Annan planı - TƏHLİL
Əslində Qərbin təklif etdiyi formulda (Kofi Annanın təqdim etdiyi orijinal mətn), Əsədin və qan tökülməsində günahkar olan general və nazirlərin hökumətdə iştirakı istisna olunurdu. Lakin Çin və Rusiya bu mətni dəstəkləmədilər. Hal-hazırda qəbul olunmuş qətnamə mətni məhz Rusiyanın hazırladığı alternativ mətn idi, buna görə formal olaraq Əsəd və onun yaxınlarının yeni qurulan hökumətdə iştirakı mümkündür. Düzdür, 30 iyun tarixində Hillari Klinton bildirdi ki, qətnamədə “qarşılıqlı razılıq” ifadəsi olduğuna görə Əsəd və onun yığması bu testdən keçə bilməyəcək, çünki müxalifət ona razılıq verməz.
Lakin Annanın bu planından da, əvvəlki planından olduğu kimi, nəsə gözləmək əbəsdir. Bunun səbəblərini aşağıda izah edirik. Əvvəlcə əsas səhv kimi onu göstərmək lazımdır ki, bu toplantıya nə Əsəd hökumətinin nümayəndəsi, nə də ki birləşmiş (olmayan) Suriya müxalifətin nümayəndəsi dəvət olunmamışdı. Hazırlanmasında onların fikri alınmayan bir qətnamənin, onlar tərəfindən təsdiq olunma ehtimalı azdır.
Digər tərəfdən, iyunun 7-də Klinton Əsəd üçün daha yaxşı təkliflə çıxış etmişdi. Belə ki, Əsədə iqtidarı başqasına verib Suriyanı tərk etməsi şərtilə ona toxunulmazlıq vəd olunmuşdu. Bu cür təklifi qəbul etməyən Əsədin indiki daha əlverişsiz təklifi qəbul etməsi ehtimalı əlbəttə ki, yoxdur.
Habelə hal-hazırda Türkiyədə yaşayan Suriya müxalifətçisi Fəvvaz Tellonun verdiyi bəyanatdan bəlli olur ki, müxalifət Əsədin olduğu heç bir formulu qəbul etməyəcək. Başqa bir sözlə, nə iqtidar, nə də müxalifət yeni və mənasız Annan planını qəbul etmir.
Əslində bütün bunlar, danışıqlar aparan dövlətlər üçün bilinən məsələlərdir. Buna görə belə bir sual yaranır ki, bu cür qətnamənin qəbulunda kim hansı maraqları güdürdü.
Rusiya və Çin daha əvvəl dəfələrlə bildiriblər ki, onlar BMT TŞ-dan Əsədin çəkilməsini tələb edən qərara qarşı çıxacaqlar. Başqa bir sözlə, Rusiya və Çin Əsədin əhaliyə qarşı istədiyi qədər hərbi gücdən istifadə etməsinə “yaşıl işıq” yandırıblar. Bu qətnamədən sonra da Rusiya tərəfi Suriya müxalifətini destruktiv mövqe tutmaqda ittiham edə biləcək. Əlbəttə, bu ittiham Rusiya, İran və Çindən başqa heç kəsə inandırıcı gəlməyəcək.
Qərb üçün isə bu qətnamə əslində uğursuz olub. Düzdür, bu qətnamənin də fiasko ilə nəticələnməsindən sonra Amerika və onun müttəfiqləri deyə biləcək ki, sülh cəhdləri artıq heç bir məna kəsb etmir və bu ismarış da dünya birliyinə xüsusilə Rusiyaya yönələcək. Lakin bu vəziyyət BMT-də Rusiyanın mövqeyini dəyişməyə yetməyəcək. Həqiqət budur ki, Rusiya mövqeyini dəyişməyəcək və azalan neft qiymətlərinin də təsiri olmayacaq. Bu il ərzində biz daha bir neçə uğursuz təkliflərin çıxarılması cəhdlərini görəcəyik.
Çıxış yolu olmasa da, suriyalı müxaliflər silah və hökumət orduları haqqında kəşfiyyat məlumatları ilə dəstəklənəcək. Hal-hazırda silahlı müxalifət vahid cəbhə ilə və açıq şəkildə hökumət qoşunlarına qarşı çıxa bilmir, çünki belə vəziyyətdə ağır silahları olan hökumət qoşunları müxalifəti tez bir zamanda darmadağın edər. Buna görə, sayı 20 mini keçsə də, Azad Suriya Ordusunun əsgərləri əsasən şəhərlərdə kiçik qruplar halında diversiyalar törədirlər. Çünki 200 minlik quru qoşununa sahib olan Suriya ordusunun ayrıca 4700-dən çox tankı və 5000-ə yaxın “BMP” və “BTR” kimi zirehli vasitələrinin olduğu nəzərə alınsa, Liviyada olan kimi müxalifətin açıq şəkildə Əsəd rejiminə qarşı döyüşməsi imkansızdır. Bu səbəblə, beynəlxalq müdaxilənin də yoxluğunda, demək mümkündür ki Əsəd rejimi ən azı bu ilin axırına kimi davam gətirəcək. Rejimin ömrünü uzadan bir digər amil Suriyada birləşmiş müxalifətin olmamasıdır. İstanbulda toplanan Suriya Milli Şurası ölkə daxilindəki müxalifəti təmsil edə bilmədiyi üçün, ölkə daxilindəki müxalifət də xeyli parçalanmış olduğuna görə, bu vəziyyət Qərbin sərt müdaxiləsini gecikdirir.
Politoloq Fərhad Mehdiyev
Siyasi
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY
Şanxaydan Bişkekə: Şanxay Əməkdaşlıq Təşkilatı nədir və necə fəaliyyət göstərir? - TƏHLİL
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Xəbər Lenti
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
Tramp: ABŞ faktiki olaraq İran üzərində nəzarəti ələ keçirib
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər