Azərbaycanda 1200-dən çox Avropa şirkəti qeydiyyatdan keçib

Azərbaycanda 1200-dən çox Avropa şirkəti qeydiyyatdan keçib
# 11 sentyabr 2013 08:21 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu I Avropa-Azərbaycan İnvestisiya Konfransında iştirak edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, bu günə qədər Azərbaycanda Avropa ölkələrinin iştirakı ilə 70-dən artıq birgə biznes tədbirləri keçirilib. Bugünkü tədbir isə Azərbaycanın bütün Avropa ölkələri ilə birgə keçirdiyi ilk konfransdır.


Nazir müavini bildirib ki, bugünkü konfransda Azərbaycan və Avropanı təmsil edən 300-dək biznes qurumlarının nümayəndələri iştirak edir. Bu da Azərbaycan şirkətlərinin Avropa ölkələrinə, Avropa şirkətlərinin isə Azərbaycana olan marağının göstəricisidir. «Bu gün Azərbaycanda 1 200-dən çox Avropa şirkəti qeydə alınıb. Bu, müxtəlif sahələri təmsil edən xarici şirkətlərdir və onların Azərbaycana marağının olması ölkəmizdə son illər müşahidə olunan ciddi inkişafla bağlıdır», - deyə S.Həsənova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR