Azərbaycan Yazıçılar Birliyində yeni komissiyalar yaradılıb

Azərbaycan Yazıçılar Birliyində yeni komissiyalar yaradılıb
# 24 iyun 2016 13:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyinin Katibliyi tərəfindən yeni komissiyaların yaradılması ilə bağlı qərar qəbul edilib. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiyalar bölgələrdə Poeziya Günləri təşkil edəcəklər.

Yeni yaradılmış komisiyalar Mikayıl Müşfiq, Vəkilovlar, Xaqani və Füzuli Komissiyalarıdır.

Vəkilovlar komissiyası Azərbaycanın görkəmli imzaları – Səməd Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun adını daşıyacaq. Komissiyanın sədri millət vəkili Nizami Cəfərov seçilib.

Əfzələddin Xaqaninin adını daşıyan Xaqani komissiyasına yazıçı Elçin Hüseynbəyli, Məhəmməd Füzulinin adını daşıyan Füzuli komissiyasına millət vəkili, yazıçı Aqil Abbas, Mikayıl Müşfiq komissiyasına şair Xəyal Rza rəhbərlik edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR