Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış qadın xilas edilib

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış qadın xilas edilib
# 22 oktyabr 2013 19:48 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış qadın xilas edib. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1954-cü il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalıb. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Əməliyyat saat 19:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR