Növbəti “Oskar” laureatları bəlli olub - VİDEO

Növbəti “Oskar” laureatları bəlli olub - <span style="color: red;">VİDEO
# 03 mart 2014 07:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Los-Ancelesdə "Oskar" mükafatlarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Amerika Kino Sənəti Akademiyasının təsis etdiyi mükafatların paylanması üçün keçirilən 86-cı mərasimdə 24 nominasiyada "Oskar" qaliblərinin adları açıqlanıb.

"Ən yaxşı film" nominasiyasında kino sahəsinin ən nüfuzlu mükafatını rejissor Stiv Makkuinin “Köləliyin 12 ili" filmi qazanıb.

İtalyan rejissor Paolo Sorrentinonun "Böyük gözəllik" filmi "Xarici dildə ən yaxşı film", "Cazibə qüvvəsi" "Ən yaxşı xüsusi effektlər", Morqan Nevillin "Ulduz olmağa 20 fut qalmış" sənədli filmi "Ən yaxşı sənədli film", Anders Valterin "Helium" filmi "Ən yaxşı qısametrajlı bədii film" nominasiyasında qalib gəlib.

"Arxa planda ən yaxşı kişi rolu" nominasiyasında Cared Letoy, "Arxa planda ən yaxşı qadın rolu" nominasiyasının qalibi "Köləliyin 12 ili" filmindəki rolu ilə aktrisa Lupita Nionqo olub.

"Cazibə qüvvəsi" filmi "Ən yaxşı səs", "ən yaxşı səs montajı", "Ən yaxşı operator işi" və "Ən yaxşı montaj" nominasiyalarında da "Oskar" alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR