Azərbaycan paytaxtında nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni layihə gələn il hazır olacaq

Azərbaycan paytaxtında nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni layihə gələn il hazır olacaq
# 16 dekabr 2013 11:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Gələn ilin ortalarında Asiya İnkişaf Bankı (ADB) Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair layihənin hazırlanmasını başa çatdıracaq. «APA-Economics»in xəbər verdiyi kimi, bunu ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

O.Noroyononun sözlərinə görə, layihənin hazırlanması üçün Bank tərəfindən artıq 925 min ABŞ dolları həcmində qrant ayrılıb.

Bildirilir ki, hökumətə təqdim olunacaq həmin layihədə yolların genişləndirilməsi, ictimai nəqliyyat üçün xüsusi zolaqların ayrılması, nəqliyyatın sisteminin təkmilləşdirilməsi və yollarda tıxacların aradan qaldırılması istiqamətində məsələlər əksini tapacaq.

O.Noroyono həmçinin bildirib ki, ADB tərəfindən Azərbaycanda ödənişli avtmobil yollarının tətbiq edilməsi məsələsi də araşdırılıb və bu, tətbiqi mümkün olan ideya kimi qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR