Gülhüseyn Abdullayev “V1 Challenge Bulgaria 2015” çempionatının 3-cü mərhələsinin qalibi olub

Gülhüseyn Abdullayev  “V1 Challenge Bulgaria 2015” çempionatının 3-cü mərhələsinin qalibi olub
# 31 avqust 2015 09:45 (UTC +04:00)

Bakı-APA. Avqustun 30-da Bolqarıstanın Vinisa kvartalındakı “Varna” kartinq pistində “V1 Challenge Bulgaria 2015” çempionatının 3-cü mərhələsi keçirilib.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, yarışda Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev birinci yer tutub. İkinci və üçüncü yerlərdə isə bolqarıstanlı Simeon Donovla Qriqor Qriqorov qərarlaşıb.

Çempionatda Azərbaycan Avtomobil Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyilə iştirak edən Gülhüseyn Abdullayev sıralama turunda da birinci olub.

Qeyd edək ki, yarış 2015-ci il iyunun 28-də “Tvardisa-Elena” rallisində qəzaya uğrayaraq həlak olmuş bolqar pilot Todor Slavovun xatirəsinə həsr edilib və “Çempion ölmədi, əfsanə oldu” şüarı altında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR