Azərbaycan şirkəti Qazaxıstanda beynəlxalq nəqliyyat dəhlizinin çəkilməsində iştirak edir

Azərbaycan şirkəti Qazaxıstanda beynəlxalq nəqliyyat dəhlizinin çəkilməsində iştirak edir
# 15 noyabr 2013 12:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC Qazaxıstanın Qızılyurd vilayətində «CAREC - Cənub-Qərbi yol layihəsi: Qərbi Avropa-Qərbi Çin Beynəlxalq Nəqliyyat Dəhlizi»nin çəkilməsində iştirak edir.

Qazaxıstan Nəqliyyat və Rabitə Nazirliyinin Yol Komitəsi tərəfindən sifariş verilən yolun tikinti işlərinə 2009-cu ildə başlanılıb.

«Akkord»un mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva «APA-Economics»ə bildirib ki, yolun ümumi uzunluğu 2 787 km təşkil edir.

Ərazi üzrə layihə 14 lotdan ibarətdir. Azərbaycan şirkətinin çalışdığı isə 6-cı (52 km) və 8-ci (55 km) lotlardır. ASC yolun üzərində 15 ədəd körpünün inşası və yenidən qurulması işləri ilə məşğul olacaq.

Layihənin 2014-cü ildə tamamlanması nəzərdə tutulub.

Qeyd edək ki, bu layihə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) tərəfindən maliyyələşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR