Cenevrədə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında danışıqlar davam etdirilib

Cenevrədə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında danışıqlar davam etdirilib
# 30 yanvar 2014 12:04 (UTC +04:00)

Bakı – APA. Cenevrədə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında danışıqlar davam etdirilib.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə danışıqlara yaxın mənbə bildirib.

Müzakirələr BMT Millətlər Sarayında keçirilir.

BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi bildirib ki, danışıqların birinci mərhələsi sabah başa çatacaq. Bir həftə sonra isə danışıqların ikinci mərhələsi başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR