Strasburq meriyasının saytında Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi haqqında məqalə yerləşdirilib - FOTO

Strasburq meriyasının saytında Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi haqqında məqalə yerləşdirilib - <span style="color: red;">FOTO
# 16 dekabr 2013 11:56 (UTC +04:00)

Bakı - APA. Strasburq meriyasının internet səhifəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi haqda məqalə yerləşdirilib. Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə bildirilir ki, Strasburqun Reyn sarayında “XII və XXI əsrləri birləşdirən universal körpü” layihəsi çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi, Alzas bölgəsinin mədəniyyət məsələləri üzrə regional idarəsi və Strasburq Universitetinin kitabxanası tərəfindən təqdim olunan sərgi üç ay müddətində tamaşaçıların üzünə açıq olacaq: “Sərgidə Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr edilmiş əsərləri ilə yanaşı, üzərində şairin poemalarının motivləri əsasında illüstrasiyaların əks olunduğu xalçalar, orta əsrlər Şirvanşahlar və Atabəylər dövrünə məxsus məişət əşyaları, pul vahidləri, qədim geyim nümunələri, saxsı qablar, gümüş məmulatlar, habelə şairin doğulub yaşadığı Gəncə şəhərinin qədim görüntüləri və müasir fotoları nümayiş etdirilir”.

Məqalədə sərginin vaxtilə Romada, Sankt-Peterburqda, Moskvada, Pekində və digər şəhərlərdə uğurla nümayiş olunduğu, aradan səkkiz əsrdən çox keçməsinə baxmayaraq şairin poemalarının öz aktuallığını itirmədiyi bildirilir. Qeyd olunur ki, Nizami Gəncəvinin əlyazmaları dünyanın bir çox nəhəng kitabxanalarında, o cümlədən Fransa Milli Kitabxanasında, Strasburq Universitetinin kitabxanasında, Londonun, İstanbulun, Vaşinqtonun, İranın kitabxanalarında, Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılır.

Yazıda Azərbaycandakı ədəbiyyat muzeyinin Nizami Gəncəvinin adını daşıdığı, Gəncədə onun şərəfinə mavzoley ucaldıldığı, şairin həyat və yaradıcılığından bəhs edən filmin çəkildiyi, onun 870 illiyi ilə əlaqədar 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin xüsusi sərəncam imzaladığı, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən əsərlərinin çap edildiyi və sərgidə nümayiş olunduğu da vurğulanır. Qeyd olunur ki, sərgi Azərbaycanı fransızlara yaxından tanıtmaq baxımından müstəsna əhəmiyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR