Bakıda 2 yük maşını toqquşub, 3 nəfər xəsarət alıb

Bakıda 2 yük maşını toqquşub, 3 nəfər xəsarət alıb
# 03 sentyabr 2013 17:23 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonunda “KAMAZ” və “DAF” markalı yük avtomobilləri toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərin sürücüləri və 1 nəfər sərnişin yaralanıb. Xilasedicilər xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərib və aidiyyəti üzrə təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR