Mikayıl Cabbarov Cəlilabadda vətəndaşları qəbul edib - FOTO

Mikayıl Cabbarov Cəlilabadda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 10 fevral 2014 13:39 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Prezident İlham Əliyevin bölgələrdə vətəndaşların qəbulu ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq bu gün Təhsil naziri Mikayıl Cabbarov Cəlilabadda bu rayonla yanaşı, Lənkəran, Lerik, Astara, Yardımlı və Masallı, Biləsuvar rayonlarının sakinlərini qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, qəbulda həmçinin Təhsil Nazirliyinin idarə və departamentlərinin, tabeli qurumlarının rəhbərləri də iştirak edib. Qəbul zamanı təhsil müəssisələrində buraxılış və qəbul imtahanları zamanı yaranan çətinliklər, diplomların tanınması, işə qəbul, ixtisasın artırılması və ya dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılıb. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tabeliyindəki müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlarını verib. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb. Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR