Vaşinqtonda Azərbaycanın inkişafı və regiondakı rolunun vacibliyi müzakirə edilib - FOTO

Vaşinqtonda Azərbaycanın inkişafı və regiondakı rolunun vacibliyi müzakirə edilib  - <span style="color: red;">FOTO
# 14 noyabr 2013 07:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqtonda yerləşən və mədəniyyətlərarası dialoqun təşviqini dəstəkləyən Rumi Forumu ilə birgə “Azərbaycan – inkişaf etməkdə olan regional güc: dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə bir sıra tanınmış analitik mərkəzlərin nümayəndələri və nüfuzlu ekspertlər iştirak ediblər.

Qonaqları salamlayan Rumi Forumunun direktoru Əmrə Çelik forumun fəaliyyətindən və rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığından söz açıb. Sonra çıxış edən səfir Elin Süleymanov mövzunun vacibliyini qeyd edərək Azərbaycanın regionda liderə və uğurlu inkişafın nümunəsinə çevrildiyini söyləyib və ölkənin dünya miqyasında artan rolu barədə danışıb. O bildirib ki, Azərbaycan daim öz tərəfdaşlarına sadiqdir və qarşılıqlı olaraq onlardan eyni münasibət gözləyir.

Tədbirdə moderator qismində çıxış edən ABŞ-dakı Yaxın Şərq İnstitutunun eksperti, 31 oktyabr-1 noyabrda Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak etmiş Aleks Vatanka Azərbaycanın müstəqillik dövründə möhtəşəm nailiyyətlər əldə etdiyini deyib. Amerikalı ekspert ölkənin bütün sahələrdə gözəçarpan dərəcədə inkişafını qeyd edərək, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanın dünyəvi və tolerant dövlət olduğunu vurğulayıb. O, Azərbaycanın bir çox müsəlman dövlətləri üçün bu baxımdan nümunə ola biləcəyini ifadə edərək, amerikalı siyasətçiləri Bakının regiondakı artan roluna və apardığı siyasətə daha çox diqqət yetirməyə çağırıb.

Bundan sonra iştirakçılar arasında regionda gedən mühüm proseslər və Azərbaycanın rolu barədə fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Keri Kavano (Carey Cavanaugh) Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesindən və həmsədr olduğu dövrdə şəxsi təcrübəsindən söz açıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR