Elman Mehdiyev: «Azərbaycanda özəl pensiya fondları ilə bağlı qanunvericilik bazası hazırlanır» - VİDEO

Elman Mehdiyev: «Azərbaycanda özəl pensiya fondları ilə bağlı qanunvericilik bazası hazırlanır» - <span style="color: red;">VİDEO
# 05 mart 2014 14:00 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.


E.Mehdiyev deyib ki, bu sənəd çərçivəsində müvafiq sahə ilə bağlı qanunvericiliyin hazırlanması, özəl pensiya fondlarında toplanan vəsaitlərin yerləşdirilməsi və buna nəzarət qaydaları, onların fəaliyyətinə nəzarət, bu qurumlar vasitəsilə özəl pensiyaların təyin olunması qaydalarının dövlət tərəfindən tənzimlənməsi mexanizmləri müəyyən ediləcək.


DSMF sədri bildirib ki, layihədə özəl pensiya fondlarının fəaliyyəti, həmçinin dövlət pensiya təminatının yığım komponentinin yalnız könüllü sığorta əsasında reallaşdırılması qərara alınıb.


«Digər mühüm məsələ bu gün toplanan sosial sığorta haqlarının vətəndaş pensiyaya çıxana qədər müəyyən bazar təsirlərindən qorunması, maliyyə bazarında dövr edilərək artırılması ilə bağlıdır. Buna ciddi təminat verilməlidir. İlk növbədə bunun üçün ciddi dövlət nəzarəti olmalıdır. Odur ki, bu kimi məsələlər həllini tapdıqdan sonra, özəl pensiya fondlarının normal fəaliyyətindən danışmaq mümkün olacaq. Hazırda təkmil qanunvericiliyin hazırlanması ilə bağlı gərgin iş gedir», - deyə E.Mehdiyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR