Rüfət Məmmədov: «Azərbaycan sabit inkişaf edən iqtisadiyyata malikdir»

Rüfət Məmmədov: «Azərbaycan sabit inkişaf edən iqtisadiyyata malikdir»
# 12 mart 2014 07:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan özü üçün iqtisadiyyatı inkişaf etmiş ölkə olmaq strategiyasını əsas götürüb. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) sədri Rüfət Məmmədov bildirib.


Onun sözlərinə görə, Azərbaycan üçün qeyri-neft sektorunu inkişaf etdirmək çox vacibdir: «Ötən il qeyri-neft sektorunda ÜDM 10% artıb. Bu gün Azərbaycanda əmək bazarı artır və ölkə sabit inkişaf edən iqtisadiyyata malikdir».


O bildirib ki, son bir ildə Azərbaycanın investisiya reytinqi artıb: «Bu gün Azərbaycanın 140 ölkə ilə ticarət əlaqələri var, ölkədəki nəqliyyat infrastrukturu inkişaf edir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bitmək üzrədir. Həmçinin, Azərbaycan TAP və TANAP kimi boru kəmərləri və digər layihələrdə aparıcı rol oynanır».


R.Məmmədov deyib ki, Azərbaycanın «Doing Business» indikatoru daim artır: «Biz xarici investorları yerli investorlara bərabər tuturuq. Onlar üçün eyni şərait və şərtlər yaradılır. Bu gün olduqca böyük həcmdə investisiyalar həyata keçirilib. Son illər ölkə iqtisadiyyatında böyük artım olub ki, bu da özəl sektorun inkişafı və rolu ilə bağlıdır».


Azpromo-nın sədri deyib ki, Azərbaycan «Gələcəyə baxış - 2020» strategiyasını həyata keçirir: «Bu proqramla nəqliyyat, logistika, regionların inkişafı xüsusi diqqət mərkəzində olacaq. Əsas prioritet isə insan kapitalına önəm verilməsidir. Gələcək illərdə kənd təsərrüfatı və emalın inkişafı ÜDM-in 45%-ni təşkil edəcək. Son illər Azərbaycanın turizm sahəsində gəlirlər əldə olunur ki, bu da xarici investorları bu sahəyə cəlb edir. Ölkədə İKT sahəsi də böyük inkişaf rolu keçib».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR