Goradildə çörəkbişirmə sexi yanıb

Goradildə çörəkbişirmə sexi yanıb
# 06 dekabr 2013 00:35 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Abşeron rayonu, Goradil qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 4 otaqlı çörəkbişirmə sexində baş verib. Nəticədə sexin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR