Paytaxtda qətl törədən şəxs tutulub - YENİLƏNİB - VİDEO

Paytaxtda qətl törədən şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 25 fevral 2014 08:09 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 24-də Cavadxan küçəsində Quba rayon sakini Hacıbala Hacıyevi şəxsi münaqişə zəminində bıçaqla qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini Pərviz Abdullayev Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

***

saat 09.58

Bakı. Hafiz Heydərov - APA. Bakıda qətl törədilib.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 34 ünvanında qeydə alınıb.

Quba rayon sakini, 25 yaşlı Hacıbala Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində tanışı, Bakı şəhər sakini 24 yaşlı Pərviz Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR