Respublika ərazisində bir neçə yanğın hadisəsi olub

Respublika ərazisində bir neçə yanğın hadisəsi olub
# 31 dekabr 2013 01:13 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən, yanğınlardan biri Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 175 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyalaı 45 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 2 otaqlı evdə olub. Nəticədə evin 1 otağının tavanı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 4 otaqlı evdə də yanğın olub. Nəticədə evin bir otağında tüstü bacasının ətrafı 0,5 kv.m sahədə yanıb. Ev yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR