Bərdədə evdən xeyli miqdarda pul və qızıl oğurlayan şəxslər həbs edilib

Bərdədə evdən xeyli miqdarda pul və qızıl oğurlayan şəxslər həbs edilib
# 28 aprel 2014 10:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda mənzildən xeyli miqdarda pul və qızıl əşyaları oğurlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də Səbinə Əliyevanın evindən 9000 manat və qızıl əşyalar oğurlamış rayon sakinləri Pərvin Əsgərov, Ruslan Şükürov və Nicat Abdullayev saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR