Azərbaycan BƏƏ-də keçirilən İllik İnvestisiya Toplantısında təmsil olunub

Azərbaycan BƏƏ-də keçirilən İllik İnvestisiya Toplantısında təmsil olunub
# 11 aprel 2014 08:05 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Aprelin 8-10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin iştirakı ilə IV İllik İnvestisiya Toplantısı keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 2011-ci ildən etibarən hər il keçirilən tədbir çərçivəsində, dövlət rəsmiləri, eləcə də iş adamları arasında ikitərəfli görüşlər və sərgi təşkil olunur. Təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana dair də stend qurulub.

Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin Sumqayıt Kimya Sənaye Parkı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) barədə məlumatlar yerləşdirilib.

Sərgi iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib. Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR