Şuradan APA-ya verilən məlumata görə, müraciətdə təzyiqlə üzləşdiyi iddia edilən KİV təmsilçilərinin Azadlıq Radiosunun bölgə müxbiri Tural Mustafayev, «Azadlıq» qəzetinin əməkdaşları Sevinc Vaqifqızı və Ramin Deko, o cümlədən «Turan» İnformasiya Agentliyinin müxbiri Etimad Budaqov və «Yeni Müsavat» qəzetinin müxbiri Röya Rəfiyeva olduğu nəzərə çatdırılır.
Məktubda eyni zamanda bildirilir ki, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə hər hansı maneçiliyin törədilməsinə dair informasiyaların yayılması məsələyə həssas yanaşmanı zəruriləşdirir. Prezident seçkisi kimi önəmli prosesə çox qısa vaxtın qaldığı, dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir şəraitdə isə həssaslıq daha da artır. Baş vermiş hər hansı olay ölkədəki söz və mətbuat azadlıqları kontekstində dəyərləndirilir: «Bütün bunlara görə, Sizdən məsələni şəxsən diqqət mərkəzində saxlamağı xahiş edirik. Əminik ki, jurnalistlərin Sabirabadda təzyiqə məruz qaldığını nəzərdə tutan iddiaların nə dərəcədə əsaslı olub-olmadığı ətraflı araşdırılacaq, məsələ barədə qanuni ölçü tədbiri götürüləcək və ictimaiyyətə müvafiq məlumat veriləcək».
Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət edib
05 oktyabr 2013 15:47 (UTC +04:00)
Daxili siyasət
Monqolustan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
11:21
26 may 2024
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı NK-da iclas keçirilib
14:17
24 may 2024
Zahid Oruc: Saxta boşanmalar kütləvi hal alıb, qarşısının alınması yolları tapılmalıdır
13:47
24 may 2024
Deputat: Nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenlik yolunda milli iradəni təmsil edə bildi
11:25
24 may 2024