AMEA Naxçıvan Bölməsinin elektron kitabxanası açılıb

AMEA Naxçıvan Bölməsinin elektron kitabxanası açılıb
# 06 sentyabr 2013 11:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. AMEA Naxçıvan Bölməsinin elektron kitabxanasının açılışı olub.

APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bölmənin maddi-texniki bazasının gücləndirildiyini, əməkdaşların fəaliyyəti üçün şərait yaradıldığını bildirib.

Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə əməkdaşları təbrik edib.

Muxtar respublikanın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirib ki, elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılıb.

Hazırda kitabxananın fondunda 33 minə yaxın kitab var. Kitabxananın www.e-kitab.ameanb.nmr.az internet saytı dünyadakı istənilən elektron kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verir. İlkin mərhələdə kitabxanada 788 kitabın elektron kataloqu, 246 kitabın isə tam mətnli elektron versiyası hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR