ADA nümayəndə heyəti Brüsselə səfər edib - FOTO

ADA nümayəndə heyəti Brüsselə səfər edib  - <span style="color: red;">FOTO
# 29 oktyabr 2013 15:15 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndə heyəti Brüsselə səfər edib. Azərbaycanın NATO yanında nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər NATO-nun İctimai Diplomatiya Bölməsinin proqramında iştirak etmək məqsədi daşıyıb. ADA-nın nümayəndə heyətinə diplomatiya və beynəlxalq münasibətlər üzrə bakalavr və magistr proqramının (MADIA) 31 nəfər tələbəsi daxil olub.

Səfərin birinci günündə tələbələrə NATO-nun ekspertləri tərəfindən NATO tərəfdaşlıqları, əməliyyatlar, enerji təhlükəsizliyi, müdafiə islahatları və digər sahələr üzrə brifinqlər verilib, Azərbaycanın NATO yanında nümayəndəliyinin əməkdaşları ilə görüş təşkil edilib. Səfərin ikinci günündə ADA nümayəndə heyəti Azərbaycanın Belçikadakı Səfirliyi, Konrad Adenauer Stiftung beyin mərkəzində və BMT-nin Avropa üzrə Regional İnformasiya Ofisində təşkil edilmiş görüşlərdə iştirak ediblər. Tələbələr brifinq və görüşləri maraqla qarşılamış, interaktiv sessiyalarda fəal iştirak ediblər.

ADA nümayəndə heyətinin Brüsselə səfəri NATO İctimai Diplomatiya Bölməsinin və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin sıx əməkdaşlığı və dəstəyi ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR