Obama Putini Ukrayna prezidenti ilə görüşməyə çağırıb

Obama Putini Ukrayna prezidenti ilə görüşməyə çağırıb
# 03 iyun 2014 13:59 (UTC +04:00)

APA-nın məlumatına görə, Varşavada keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandıran Obama Putini Ukrayna hökuməti ilə separatçılar arasında dialoqun qurulması üçün səylər göstərməyə səsləyib.

“Putinin seçimi var – Ukrayna ilə sərhəddən qoşunları geri çəkmək, Ukrayna şərqində separatçıların nüfuzundan istifadə etmək, baş tutmuş prezident seçkilərini tanımaq və prezident seçilmiş Pyotr Poroşenko ilə görüşmək. Biz Putinlə görüşsəydik, mən ona məhz bunları deyərdim. Ümid edirəm ki, həmkarlarım Devid Kemeron və Fransua Olland ona bu haqda Fransada ikitərəfli görüşlər zamanı deyəcəklər”, - deyə o vurğulayıb.

Obama həmçinin ittifaq qoşunlarının Normandiyaya yeridilməsinin 70 illiyi münasibəti ilə keçiriləcək tədbirlər zamanı Putinlə görüşünü istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR