Prezident İlham Əliyev “Azərsu” ASC-nin mərkəzi laboratoriyasının yeni inzibati binasının açılışında iştirak edib - FOTOSESSİYA

Prezident İlham Əliyev “Azərsu” ASC-nin mərkəzi laboratoriyasının yeni inzibati binasının açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 16 sentyabr 2013 13:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin laboratoriyalarında analizləri vahid sistemdə qeydiyyata almaq, tam əhatəli informasiya bazası yaratmaq, uzaq məsafələrdə analizlər aparmaq üçün texniki imkanları genişləndirmək məqsədilə 2011-ci ildə mərkəzi laboratoriyanın yeni inzibati binasının inşasına başlanılıb. Paytaxtın Yasamal rayonu ərazisində yerləşən, ümumi sahəsi 1800 kvadratmetr olan yeni bina yüksək standartlara uyğun şəkildə inşa edilib.

Prezident İlham Əliyev laboratoriyanın yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov layihə əsasında görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, bina içməli və tullantı su bölmələrindən ibarətdir. Bu bölmələrin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərin avadanlığı quraşdırılıb.

Burada Abşeron yarımadasını içməli su ilə təmin edən mənbələr, sutəmizləyici qurğular, su anbarları, həmçinin təhsil, səhiyyə müəssisələri və ictimai iaşə obyektləri daxil olmaqla 1800-dək ünvandan dövri olaraq, eləcə də istehlakçıların müraciətləri əsasında müəyyən olunmuş yerlərdən götürülmüş nümunələrin təhlil edilməsi nəzərdə tutulub.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “+ 110 qərb” su anbarının ərazisində salınacaq yeni parkın layihəsi ilə tanış oldular.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR