ABŞ dövlət katibinin müavini: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sülh üçün ümid mənbəyidir”

ABŞ dövlət katibinin müavini: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sülh üçün ümid mənbəyidir”
# 05 dekabr 2013 10:43 (UTC +04:00)

APA-nın Kiyevə ezam olunmuş müxbirinin xəbərinə görə, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Viktoriya Nuland ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasında deyib.

V. Nuland bildirib ki, ATƏT bir sıra problemlərlə üzləşməyə davam edir. Narahatlıq doğuran əsas tendensiya budur ki, bir sıra ATƏT ölkələrində KİV, o cümlədən onlayn media azadlığı məhdudlaşdırılmaqda davam edir, hüquq müdafiəçilərinə və qeyri-hökumət təşkilatlarına təzyiq göstərilir: “Eyni zamanda, ATƏT məkanında bir sıra həll olunmamış münaqişələr qalır. Bu bölgələrin vətəndaşları kömək gözləyir. Bu baxımdan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu bölgədə sülh üçün ümid mənbəyidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR