Gəncədə yaşayış evində qaz balonu partlayıb, ev sahibi xəsarət alıb

Gəncədə yaşayış evində qaz balonu partlayıb, ev sahibi xəsarət alıb
# 20 iyun 2013 09:42 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə maye qaz balonunun partlaması nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib. Qəsəbə sakini Sədail Sadıqov evində maye qaz balonu ilə ehtiyatsız davrandığına görə partlayış baş verib. Hadisə zamanı S. Sadıqov yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun səhhətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR