Cəlilabadda fərdi evdə güclü yanğın olub

Cəlilabadda fərdi evdə güclü yanğın olub
# 03 yanvar 2014 18:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 3-də saat 16.30 radələrində rayonun Sarxanlı kənd sakini, 1955-ci il təvəllüdlü Xəzəngül Qurban qızı Həsənovaya məxsus fərdi yaşayış evində qeydə alınıb.

Yanğının lokallaşdırılması üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri ilə güclü alov dalğasının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 92 kv.m olan ikimərtəbəli, 6 otaqlı ev içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yarasız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu güman edilir. Yanğının dəqiq səbəbi isə ekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR